Xəbər verdiyimiz kimi, Güllə atıcılığı üzrə Azərbaycan yığmasının üzvü Mirismayıl Həbibov dünyasını dəyişib.
Bakıvaxtı.az Azərbaycan təmsilçisinin fotosunu əldə edib.
Qeyd edək ki, o uzun müddətdir sağlamlıq problemlərindən əziyyət çəkirmiş. O, 27 yaşında vəfat edib.
Xatırladaq ki, M.Həbibov 2023-cü ildə Estoniyanın Tallin şəhərində keçirilmiş Avropa Çempionatındaiki kateqoriya üzrə çıxış edib. O, “10 metr hava tapançası – komanda” yarışında 845 xalla seçmə mərhələdə uğurla iştirak edərək Azərbaycan komandasının 10-cu yeri tutmasına töhfə verib. Həmin çempionatda fərdi şəkildə də yarışan Həbibov “10 metr hava tapançası – kişilər” kateqoriyasında 544 xal toplayaraq 65-ci yerdə qərarlaşıb.
Əli Hüseynov