• Bakı 26° C

    5.1 m/s

  • USD - 1.7

    EUR - 1.9844

    RUB - 2.125

Nura Suri: “Mədəni yanaşma oldu, narazılığım aradan qalxdı” - YENİLƏNİB

CƏMİYYƏT

07 Avqust 2025 | 16:20

Nura Suri: “Mədəni yanaşma oldu, narazılığım aradan qalxdı” - YENİLƏNİB

Müğənni və aparıcı Nura Suri "Azercell"lə bağlı yaşadığı problemin artıq həll olunduğunu bildirib.

Bu barədə Bakıvaxtı.az-a məlumat verən müğənni şirkətin mədəni və savadlı əməkdaşlarından birinin onunla əlaqə saxladığını və məsələni tam izah etdiyini qeyd edib.

Sənətçinin sözlərinə görə, balansdan pul silinməsi ilə bağlı anlaşılmazlıq mobil tətbiqdəki texniki səhv ucbatından yaranıbmış.

“Çox mədəni, anlayışlı biri mənə zəng etdi və hər şeyi izah etdi. Artıq problem yoxdur, hər şey aydın oldu”, – deyə Nura Suri vurğulayıb.

Qeyd edək ki, sənətçi "Azercell" operatorunun fəaliyyətindən narazılığını ifadə etmiş və problemi ictimailəşdirmişdi.

Əli Hüseynov

***

15:08

Müğənni və aparıcı Nura Suri  "Azercell" mobil operatorun xidmətindən narazılığını bildirib.

Bakıvaxtı.az xəbər verir ki, o, sosial şəbəkədə paylaşdığı statusda şirkətin operatorlarını fəaliyyətsizlikdə, problemlərə biganə qalmaqda və müştərilərlə qeyri-ciddi davranmaqda ittiham edib.

"Bir həftə ərzində 4-5 operatorla danışmışam. Premium müştəri olduğum halda kuratoruma belə çatmaq mümkün deyil. Dünən gecə şikayətimin qeydə alınmasını istədim, menecerin mənə zəng etməsini xahiş etdim. Bu gün kurator və başqa bir operator zəng edib cəfəngiyat danışdılar", – deyə sənətçi qeyd edib.

Nura Suri bildirib ki, balansından əsassız pul silinmələri baş verir və ona mövcud olmayan borcla bağlı izahat verilmir.

“Mən 20 ildən çoxdur ki, Azercell istifadəçisiyəm. Kiminsə məni bu yerə qoyması əsəblərimi pozur”, – deyə o vurğulayıb.

Sənətçi Azercell rəhbərliyindən problemlərin araşdırılmasını və ətraflı hesabat təqdim edilməsini tələb edir.

Məsələ ilə bağlı mobil "Azərcell" mobil operatorunun mövqeyini işıqlandırmağa hazırıq.

Əli Hüseynov


SON XƏBƏRLƏR