• Bakı 25° C

    4.22 m/s

  • USD - 1.7

    EUR - 1.9834

    RUB - 2.0901

ANAMA əməkdaşının öldüyü hadisə ilə bağlı hökm oxundu

CƏMİYYƏT

06 Sentyabr 2025 | 15:00

ANAMA əməkdaşının öldüyü hadisə ilə bağlı hökm oxundu

Füzulidə Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşlarının düşdüyü yol qəzası ilə bağlı məhkəmə prosesi başa çatıb.

Bakıvaxtı.az qafqazinfo-ya istinadən xəbər verir ki, “BMW” markalı avtomobillə qəza törədən ANAMA-nın Horadiz şəhər bazasında bölmə rəhbəri vəzifəsində işləyən 30 yaşlı Samir Qəhrəmanova hökm oxunub. Məhkəmə onu Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilib.

Qeyd edilib ki, hadisə ötən il dekabrın 9-u rayonun Arayatlı kəndi ərazisində səhər saat 06:30 radələrində ANAMA əməkdaşları işə gedərkən baş verib. S.Qəhrəmanov sükan arxasında yuxuladığından idarə etdiyi avtomobil yoldan çıxaraq aşıb. Nəticədə onun iş yoldaşı 1990-ci il təvəllüdlü Mustafa Qasımov aldığı xəsarətlər nəticəsində hadisədən 6 gün sonra xəstəxanada vəfat edib.

Qurumun digər əməkdaşı 2000-ci il təvəllüdlü Ramiz Bəylərzadə və sürücü isə müxtəlif bədən xəsarətləri ilə Gəncə şəhər Mərkəzi Klinikasına yerləşdirilib.

Füzuli Rayon Məhkəməsinin hökmü ilə Samir Qəhrəmanova 3 il 4 ay azadlıqdan məhrumetmə cəzası və 22 ay müddətinə sürücülük hüququnun məhdudlaşdırılması cəzası verilib. Cəzanın məntəqə tipli müəssisədə çəkilməsi qeyd edilib.


SON XƏBƏRLƏR

05 Sentyabr 2025