• Bakı 24° C

    2.69 m/s

  • USD - 1.7

    EUR - 1.9834

    RUB - 2.0901

Fernandu Santuş: Axı nəyə görə istefa verməliyəm?

İDMAN

06 Sentyabr 2025 | 01:07

Fernandu Santuş: Axı nəyə görə istefa verməliyəm?

Mənim Azərbaycan millisi ilə müqavilə müddətim davam edir.

Bakıvaxtı.az-ın Report-a istinadən məlumatına görə, bunu futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuş mətbuat konfransında deyib. 

Mütəxəssis İslandiya yığmasına qarşı keçirilən DÇ-2026-nın seçmə mərhələsinin oyunu ilə bağlı fikirlərini bölüşüb:

"İlk hissə yaxşı müdafiə oluna bildik. İstəyirdik ki, müdafiədən oynayaraq əks hücumlara bel bağlayaq. İlk hissənin sonlarında künc zərbəsindən qol buraxdıq. Fasilədə onlara sakit olmalarını tapşırdım. Təəssüf ki, ikinci qolu buraxdıqdan sonra komanda tamamilə özünü itirdi. Mənim Azərbaycan millisi ilə müqavilə müddətim davam edir. AFFA məni istefaya göndərmək istəsə, bu barədə danışa bilərik. Axı nəyə görə istefa verməliyəm?" 

Qeyd edək ki, İslandiya - Azərbaycan görüşü ev sahiblərinin 5:0 hesablı qələbəsi ilə bitib.


SON XƏBƏRLƏR

05 Sentyabr 2025