Bakı-Quba avtomobil yolunda baş verən yol-nəqliyyat hadisəsi səbəbilə bu gün səhər saat 07:30 radələrində Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına 2 şəxs (qadın və kişi) hospitalizasiya olunub.
Bakıvaxtı.az xəbər verir ki, TƏBİB-dən verilən məlumata görə, müxtəlif bədən xəsarətləri alan pasiyentlərə Təcili tibbi yardım şöbəsində zəruri tibbi xidmətlər göstərilib
09:20
Bakı-Quba avtomobil yolunun Sumqayıt şəhərindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.
Bakıvaxtı.az xəbər verir ki, sözügedən ərazidə sərnişin avtobusu ilə yük maşını toqquşub.
İlkin ehtimallara görə, hadisəyə səbəb yük maşınının təkərinin partlaması olub.
Hadisə nəticəsində yaralıların olduğu bildirilsə də, onların dəqiq sayı və vəziyyətləri barədə məlumat verilməyib.