• Bakı 25° C

    4.22 m/s

  • USD - 1.7

    EUR - 1.9834

    RUB - 2.0901

Pakistan Hindistana xəbərdarlıq edib

DÜNYA

06 Sentyabr 2025 | 14:11

Pakistan Hindistana xəbərdarlıq edib

Hindistanla növbəti müharibədə hesab 60-0 olacaq.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Pakistan ordusunun aviasiya vitse-marşalı Şəhriyar Xan Karaçidə keçirilən təntənəli mərasimdə bildirib.

“Əmin ola bilərsiniz ki, Pakistan hava məkanının müdafiəsi Pakistan Hərbi Hava Qüvvələrinin güclü əllərindədir. Texnoloji yeniliklər sayəsində Hərbi Hava Qüvvələri dünya miqyasında tanınıb. Növbəti dəfə hesab 6-0 yox, Allahın köməyi ilə 60-0 olacaq”, – vitse-marşal vurğulayıb.

Qeyd edək ki, bu gün Pakistanın Müdafiə və Şəhidlər Günü kimi qeyd olunur.


SON XƏBƏRLƏR

05 Sentyabr 2025