• Bakı 24° C

    4.04 m/s

  • USD - 1.7

    EUR - 1.9834

    RUB - 2.0901

Rusiya Ermənistanı hədələdi

DÜNYA

06 Sentyabr 2025 | 17:23

Rusiya Ermənistanı hədələdi

Ermənistanın Avropa İttifaqı (Aİ) ilə inteqrasiya perspektivləri barədə müstəqil qərar qəbul etmək hüququ var. Ancaq İrəvanda onu da başa düşməlidirlər ki, bu, Rusiya ilə ticarətdə prinsipial olaraq fərqli tarif rejimi deməkdir.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə TASS-a Rusiya baş nazirinin müavini Aleksey Overçuk bildirib.

"Belə davam edərsə, Ermənistana münasibətdə iqtisadi siyasətimizi yenidən qiymətləndirməliyik. Ermənistanın harada olmağa qərar vermək hüququ var. Ancaq onlar da başa düşürlər ki, o zaman tarif rejimi fərqli olacaq, onda ölkələrimiz arasında malların sərbəst hərəkəti və rüsumsuz ticarət olmayacaq", - deyə baş nazirin müavini qeyd edib.

Overçuk əlavə edib ki, Ermənistan Avropa İttifaqına qoşulsa, hazırda Aİ və Rusiya səmasının bir-birinə bağlı olması hava nəqliyyatı sahəsində və transsərhəd yük daşımalarında ciddi problemlər yarada bilər: "Yəni Ermənistanın Rusiyadan aldığı enerji və ərzaq məhsulları üçün başqa qiymətlər olacaq. Ermənistan ən yaxın qonşusu İranla sərbəst ticarət zonasından da üstünlüklərini itirəcək".


SON XƏBƏRLƏR