• Bakı 19° C

    7.4 m/s

  • USD - 1.7

    EUR - 1.9927

    RUB - 2.0663

"Stellantis" ABŞ-yə 10 milyard dollar sərmayə qoyacaq

DÜNYA

06 Oktyabr 2025 | 16:17

Stellantis ABŞ-yə 10 milyard dollar sərmayə qoyacaq

Avtomobil istehsalçısı "Stellantis NV" ABŞ-yə təxminən 10 milyard dollar sərmayə qoymağı planlaşdırır.

Bakıvaxtı.az "Bloomberg"ə istinadən xəbər verir ki, "Stellantis" bu ilin əvvəlində ABŞ-yə investisiyalar üçün ayrılmış analoji məbləğə əlavə olaraq təxminən 5 milyard dollar dəyərində yeni investisiya planı elan edə bilər.

Bildirilib ki, vəsait yaxın bir neçə il ərzində müəssisələrin yenidən başlaması, işçilərin işə götürülməsi və yeni modellərin hazırlanması üçün istifadə oluna bilər. Avtomobil istehsalçısı diqqətini "Jeep" brendini gücləndirməyə yönəldir. Həmçinin "Dodge" brendinə və "Chrysler"ə uzunmüddətli perspektivdə yeni investisiyalar yatırmağı düşünür.

Məsələ ilə bağlı müzakirələr davam edir.

Qeyd edək ki, 2025-ci ilin əvvəlindən "Stellantis"in bazar kapitallaşması 27% azalıb.

Gülşən Şərif


SON XƏBƏRLƏR