• Bakı 19° C

    7.4 m/s

  • USD - 1.7

    EUR - 1.9927

    RUB - 2.0663

Avropa silahlanır: Qitə Üçüncü Dünya müharibəsinəmi hazırlaşır?

DÜNYA

06 Oktyabr 2025 | 16:16

Avropa silahlanır: Qitə Üçüncü Dünya müharibəsinəmi hazırlaşır?

Son aylarda Avropada hərbi xərclərin artması, orduların yenidən silahlanması və müdafiə strategiyalarının sərtləşdirilməsi müşahidə olunur. Bu proses təkcə regional sabitliyin təminatı üçün deyil, həm də dərin bir qorxunun  təzahürüdür.

Rusiya-Ukrayna müharibəsi fonunda yaranan gərginlik, təhlükəsizlik balansını sarsıdaraq Avropanı uzun illərdən sonra ilk dəfə real təhlükə ilə üz-üzə qoyub.

Doğrudanmı Avropa öz ordularını gücləndirməklə Üçüncü Dünya müharibəsinə hazırlaşır? Gedişat və verilən siyasi mesajlar bu ehtimalı heç də uzaq göstərmir.

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən Milli Məclisin deputatı, siyasi şərhçi Elman Nəsirov bildirib ki, Avropa ölkələri son illərdə öz hərbi potensialını sürətlə artırmağa başlayıblar. Onun fikrincə, bu proses təsadüfi deyil - çünki qitənin üzərində yeni bir kabus dolaşır:

“Bu, müharibə kabusudur. İkinci Dünya müharibəsindən bəri ilk dəfədir ki, Avropa bu qədər ciddi və real təhlükə ilə üz-üzə qalır".

Deputat qeyd edob ki, Rusiya-Ukrayna müharibəsi bu təhlükəli mənzərənin əsas hərəkətverici qüvvəsinə çevrilib:

"ABŞ Prezidenti Donald Tramp NATO ölkələrinə açıq şəkildə bildirib ki, ümumi daxili məhsulun (ÜDM) ən azı 5%-i müdafiə xərclərinə yönəldilməlidir. Halbuki, indiyədək Avropa ölkələrinin əksəriyyətində bu rəqəm cəmi 0,5–2% arasında dəyişirdi. İndi isə Avropa bu tələbi həyata keçirməyə məcburdur - çünki qarşısında real təhlükə dayanır".

Elman Nəsirov: Bu proses təsadüfi deyil, çünki qitənin üzərində yeni bir kabus dolaşır

Həmsöhbətimiz əlavə edib ki, Rusiyanın yeni ərazilər ələ keçirmək iddiası, Polşa və Baltikyanı ölkələrə hücum ehtimalını xeyli artırıb. Son günlər baş verən hadisələr - Rusiyanın Polşa və Danimarka sərhədlərini pozması, Almaniya səmasında yüzlərlə naməlum dronun müşahidə edilməsi, Münhen hava limanının fəaliyyətinin iflic vəziyyətinə düşməsi - vəziyyətin ciddiliyini bir daha təsdiqləyir:

"Bütün bunlar tək bir sualı ön plana çıxarır: Avropa yenidən böyük bir savaşın astanasındadırmı? Gedişat onu göstərir ki, qitə sanki Üçüncü Dünya müharibəsinə doğru addımlayır".

Əli Hüseynov


SON XƏBƏRLƏR