• Bakı 15° C

    4.62 m/s

  • USD - 1.7

    EUR - 1.9534

    RUB - 2.0988

YouTube İsrailin insan hüquqları pozuntularını göstərən yüzlərlə videonu silib

DÜNYA

05 Noyabr 2025 | 14:14

YouTube İsrailin insan hüquqları pozuntularını göstərən yüzlərlə videonu silib

YouTube İsrailin Qəzza və İordan çayının Qərb sahilində törətdiyi insan hüquqları pozuntularını əks etdirən yüzlərlə videonu silib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “The Intercept” nəşri yazıb.

Platforma “Al-Haq”, “Al Mezan” və “PCHR” kimi fələstinli hüquq müdafiə təşkilatlarının hesablarını da bağlayıb.

Silinən videolar arasında İsrailin mülki şəxslərə qarşı hərbi əməliyyatlarını və evlərin dağıdılmasını göstərən görüntülər yer alır.

YouTube bu addımı ABŞ-nin tətbiq etdiyi sanksiyalara uyğunluq məqsədilə atdığını bildirib.

Fələstinli təşkilatlar isə bunu “ifadə azadlığının pozulması” və “cinayətkarların qorunması” kimi qiymətləndiriblər.

Əli Hüseynov

 


SON XƏBƏRLƏR