Ermənistanda dünən təhlükəsizlik qüvvələri tərəfindən saxlanılan arxiyepiskop Arşak Xaçatryan həbs edilib.
Bakıvaxtı.az xəbər verir ki, məhkəmə arxiyepiskop Arşak Xaçatryanın barəsində iki aylıq həbs qərarı çıxarıb.
Qeyd edək ki, ötən gün Ermənistan Milli Təhlükəsizlik Xidməti arxiyepiskop Arşak Xaçatryanı saxlayıb.
İstintaq Komitəsi arxiyepiskop Arşak Xaçatryanın narkotiklərin qanunsuz dövriyyəsi maddəsi ilə saxlanıldığını açıqlayıb.
Xatırladaq ki, Eçmiədzinin kargüzarlıq idarəsinin rəhbəri Xaçaturyan bazar ertəsi keçirdiyi mətbuat konfransında MTX-nin nümayəndələri ilə bir neçə dəfə qeyri-rəsmi görüş keçirdiyini bildirib.
Bakı 



