• Bakı C

    8.48 m/s

  • USD - 1.7

    EUR - 2.0022

    RUB - 2.1715

Kolumbiya Venesuela ilə bağlı BMT TŞ-ni çağırdı

DÜNYA

04 Yanvar 2026 | 11:47

Kolumbiya Venesuela ilə bağlı BMT TŞ-ni çağırdı

Kolumbiya ABŞ-ın Venesuelaya qarşı aqressiyası ilə əlaqədar BMT Təhlükəsizlik Şurasının iclasını çağırıb. 

Bakıvaxtı.az xəbər verir ki, bu barədə RİA Novosti Kolumbiya prezident administrasiyasının inzibati departamentinin direktoru Andji Rodrigesə istinadən məlumat yayıb.

Məlumata görə, Kolumbiya bazar ertəsi gününə BMT Təhlükəsizlik Şurasının iclasını təyin edib. Bununla yanaşı, Amerika Dövlətləri Təşkilatının (ADT) Daimi Şurasının fövqəladə iclasının keçirilməsi, eləcə də Latın Amerikası və Karib Dövlətləri Birliyinə (CELAC) üzv ölkələrin xarici işlər nazirlərinin görüşünün təşkili üçün sorğular göndərilib.Qeyd edək ki, hazırda Kolumbiya CELAC-a sədrlik edir.

Xatırladaq ki, bir gün əvvəl Tramp Venesuela lideri Nikolas Maduronun ələ keçirilməsindən sonra Kolumbiya prezidenti Qustavo Petroya daha ehtiyatlı olmağı tövsiyə edib.


SON XƏBƏRLƏR

04 Yanvar 2026