• Bakı C

    8.48 m/s

  • USD - 1.7

    EUR - 2.0022

    RUB - 2.1715

Avropanın ən təhlükəli 20 şəhəri açıqlandı

DÜNYA

04 Yanvar 2026 | 09:24

Avropanın ən təhlükəli 20 şəhəri açıqlandı

Beynəlxalq məlumat bazası olan "Numbeo" 2024-2025-ci illər üzrə Avropanın cinayət nisbəti ən yüksək olan şəhərlərinin siyahısını dərc edib. Siyahı hazırlanarkən sakinlərin və turistlərin şəhərdə özlərini nə dərəcədə təhlükəsiz hiss etdikləri əsas götürülüb.

Bakıvaxtı.az xəbər verir ki, siyahıda ən çox diqqət çəkən məqam Fransanın bir neçə şəhərinin ilk sıralarda yer almasıdır. Marsel şəhəri Avropanın ən təhlükəli şəhərləri siyahısında zirvədə qərarlaşıb.

Siyahıda ilk 10-luq belədir:

Marsel (Fransa)

Koventri (Böyük Britaniya)

Birmingem (Böyük Britaniya)

Neapol (İtaliya)

Montpelye (Fransa)

Kataniya (İtaliya)

Lill (Fransa)

Qlazqo (Böyük Britaniya)

Nitsa (Fransa)

Malmö (İsveç)

Fransanın Marsel, Montpelye, Lill və Nitsa kimi şəhərlərinin ilk 10-luğa girməsi ölkədəki narkotik ticarəti, oğurluq və bəzi bölgələrdəki asayiş problemləri ilə əlaqələndirilir. Xüsusən Marsel liman şəhəri olduğu üçün cinayət qruplaşmalarının mərkəzi hesab olunur.

Siyahının davamında (11-20-ci yerlər) Paris (Fransa), Afina (Yunanıstan), Brüssel (Belçika), London (Böyük Britaniya) və Barselona (İspaniya) kimi məşhur turizm mərkəzləri də yer alır. Bu şəhərlərdə xüsusilə cibgirlik və turistlərə qarşı dələduzluq hallarının yüksək olduğu bildirilir.

Siyahının tam əksinə, Avropanın ən təhlükəsiz şəhərləri olaraq aşağıdakılar göstərilib:

Sürix (İsveçrə)

Münhen (Almaniya)

Bern (İsveçrə)

Trondheym (Norveç)

Səyahət planlaşdıranlar üçün bu siyahı bir növ xəbərdarlıq rolunu oynayır. Mütəxəssislər xüsusən Marsel və Neapol kimi şəhərlərdə turistlərin gecə saatlarında kənarda və tənhalıqda olmamasını, bahalı əşyalarını nümayiş etdirməməsini tövsiyə edirlər./Milli.az


SON XƏBƏRLƏR

04 Yanvar 2026