• Bakı 11° C

    8.36 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Maduro nə vaxt məhkəməyə çıxarılacaq?

DÜNYA

04 Yanvar 2026 | 09:35 | Müəllif: Subhan Mahmudov

Maduro nə vaxt məhkəməyə çıxarılacaq?

Venesuela Prezidenti Nikolas Maduro Nyu York ətrafındakı hava limanına gətirilməlidir.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Skay Nyus” bir neçə rəsmi şəxsə istinadən məlumat yayıb.

Mənbələrin bildirdiyinə görə, Maduronun Nyu Yorkda rəsmi qeydiyyat prosedurundan keçirilməsi və daha sonra “Metropolitan Detention Center” həbsxanasına köçürülməsi planlaşdırılır.

Amerikalı rəsmilərin sözlərinə görə, Venesuela prezidenti ən geci bazar ertəsi, yanvarın 5-i axşam saatlarına qədər məhkəmə zalında hakim qarşısına çıxmalıdır.

Qeyd edək ki, ötən gün ABŞ ordusu Karakasa zərbə endirib və ölkə Prezidenti Maduro və həyat yoldaşını ələ keçirərək, ABŞ-a aparıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Noyabr 2026