Dekabrın 5-də Ermənistan Respublikasının müdafiə naziri Suren Papikyanla Böyük Britaniyanın müdafiə üzrə dövlət naziri Lord Vernon Rodni Koker və Böyük Britaniyanın Ermənistandakı ilk rezident müdafiə attaşesi mayor Tomas Şorland Ball arasında görüş olub.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ermənistan Respublikasının Müdafiə Nazirliyi məlumat yayıb.
Görüşdə həmçinin Ermənistanın Böyük Britaniyadakı fövqəladə və səlahiyyətli səfiri Varuzhan Nersesyan və Böyük Britaniyanın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Aleksandra Koul da iştirak ediblər.
Görüş zamanı Ermənistan-Birləşmiş Krallıq arasında müdafiə sahəsində əməkdaşlıqla bağlı məsələlər müzakirə olunub.
Tərəflər əməkdaşlığın hazırkı səviyyəsini müsbət qiymətləndirib və onu inkişaf etdirməyə hazır olduqlarını bildiriblər. Hər iki tərəf Ermənistan Respublikası və Böyük Britaniyada rezident attaşelərin təyin edilməsinin vacibliyini vurğulayaraq, bu addımın iki ölkə arasında müdafiə sahəsində əməkdaşlığın daha da genişlənməsinə töhfə verəcəyini qeyd ediblər.
Beynəlxalq və regional təhlükəsizliklə bağlı bir sıra məsələlər də müzakirə olunub.
Əli Hüseynov
Bakı 



