Rusiya Silahlı Qüvvələrinin Ukraynanın Xarkov şəhərinə endirdiyi raket hücumu nəticəsində həlak olanların sayı dördə yüksəlib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə şəhər administrasiyasının rəhbəri İqor Terexov açıqlama verib.
O bildirib ki, yanvarın 2-də şəhər mərkəzinə tuşlanan raket zərbəsindən sonra hadisə yerində axtarış-xilasetmə işləri artıq ikinci gündür fasiləsiz davam etdirilir. Dağıdılmış binaların uçqunları altından daha iki nəfərin cəsədi çıxarılıb. Terexovun sözlərinə görə, hücum nəticəsində 31 nəfər müxtəlif dərəcəli xəsarət alıb.
Hazırda hadisə yerində xilasetmə tədbirləri davam edir. Polis isə yanvarın 2-dən etibarən əlaqə saxlamaq mümkün olmayan və itkin düşdüyü ehtimal edilən daha üç nəfərin dağıntılar altında qala biləcəyini istisna etmir.
Bakı 




