İsveçrə hökuməti Kran-Montana dağ kurortundakı barda 40 nəfərin ölümü ilə nəticələnən yanğından sonra 9 yanvar tarixini milli matəm günü elan edib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə İsveçrə Prezidenti Gi Parmelen "Tages-Anzeiger" qəzetinə müsahibəsində bildirib.
Prezident, həmçinin həmin gün keçirilməsi nəzərdə tutulan anım mərasimində iştirak etmək niyyətindədir.
"Milli həmrəyliyin daha bir rəmzi olaraq, saat 14:00-da Kran-Montanadakı matəm mərasiminin başlanğıcında İsveçrənin bütün kilsələrində zənglər çalınacaq. Bundan əlavə, həmin vaxt bütün ölkə üzrə bir dəqiqəlik sükutun keçirilməsi planlaşdırılır", - deyə Parmelen əlavə edib.
Bakı 




