ABŞ Dövlət Departamenti Kanadaya 2,68 milyard dollar dəyərində sursat, o cümlədən aviasiya bombaları və müvafiq logistika satışına icazə verib.
Bakıvaxtı.az "USA Today"ə istinadən xəbər verir ki, bu barədə hökumətlərarası müqavilələr əsasında xaricə hərbi texnika və silah satışına cavabdeh olan Pentaqonun Təhlükəsizlik Əməkdaşlıq Agentliyi açıqlama yayıb.
Açıqlamaya görə, Kanada səlahiyyətliləri daha əvvəl ABŞ-dən BLU-117, BLU-109, BLU-111 və GBU-39 hava bombaları, müxtəlif müvafiq avadanlıq və təlim sursatları istəyib.
Sənəddə vurğulanıb ki, təklif edilən satış NATO müttəfiqinin döyüş qabiliyyətini artırmaqla ABŞ-nin xarici siyasəti və milli təhlükəsizlik məqsədlərinə uyğun olacaq.
Qeyd edək ki, oktyabrın əvvəlində Dövlət Departamenti həmçinin M142 HIMARS raket sistemlərinin, döyüş sursatlarının və müvafiq logistikanın 1,75 milyard dollara Kanadaya mümkün satışını təsdiqləyib.
Gülşən Şərif
Bakı 



