• Bakı 12° C

    4.39 m/s

  • USD - 1.7

    EUR - 1.9817

    RUB - 2.2074

Gürcüstan və Ermənistan XİN rəhbərləri regional məsələləri müzakirə ediblər

DÜNYA

05 Dekabr 2025 | 13:16

Gürcüstan və Ermənistan XİN rəhbərləri regional məsələləri müzakirə ediblər

ATƏT Nazirlər Şurasının Vyanada keçirilən 32-ci toplantısı çərçivəsində Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili ilə erməni həmkarı Ararat Mirzoyan arasında görüş olub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Gürcüstanın Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

Görüşdə iki ölkə arasında uğurlu strateji tərəfdaşlıqdan məmnunluq ifadə olunub və mövcud sıx əməkdaşlığın daha da dərinləşdirilməsinə hazırlıq bir daha təsdiqlənib.

Gürcüstanla Ermənistan arasında yüksək səviyyəli səfərlərin mübadiləsinin dinamikası müsbət qiymətləndirilib.

XİN başçıları regionda baş verən proseslər ətrafında da fikir mübadiləsi aparıblar. Cənubi Qafqazda dayanıqlı sülh və sabitliyin bərqərar olmasının vacibliyi və Gürcüstanın bu prosesə töhfə verməyə hazırlığı vurğulanıb.

Tərəflər münasibətlərin daha da inkişafı və dərinləşdirilməsi üçün müxtəlif sahələrdə fəal əməkdaşlığa hazırlıqlarını bildiriblər.


SON XƏBƏRLƏR

04 Dekabr 2025