Qazaxıstanın xüsusi prokurorları Rusiya, Özbəkistan və Əfqanıstan da daxil olmaqla, bir sıra ölkələrin vətəndaşlarının iştirak etdiyi beynəlxalq narkotik ticarəti şəbəkəsi ilə bağlı işi araşdırıb və məhkəməyə göndəriblər.
Bakıvaxtı.az "DHA"ya istinadən xəbər verir ki, bu barədə Qazaxıstanın baş prokuroru Berik Asılov açıqlama verib.
Onun sözlərinə görə, Çimkənddə "Telegram" mesajlaşma proqramı vasitəsilə fəaliyyət göstərən beynəlxalq narkotik ticarəti şəbəkəsinin fəaliyyəti pozulub. İstintaq çərçivəsində 24 nəfər saxlanılıb, dəyəri təxminən 992 300 dollar çox olan əmlaka həbs qoyulub.
İstintaq zamanı Çimkənddə iki narkotik laboratoriyası aşkar edilərək sökülüb. 6,1 kq hazır sintetik narkotik vasitə olan mephedrone, satış üçün nəzərdə tutulmuş 330 qram qablaşdırılmış mefedron, 2,1 ton prekursor və narkotik vasitələrin istehsalı üçün laboratoriya avadanlığı götürülüb.
Gülşən Şərif
Bakı 



