• Bakı 23° C

    4.05 m/s

  • USD - 1.7

    EUR - 1.9834

    RUB - 2.0901

İsrail ordusu Qəzzada binaya zərbə endirib

DÜNYA

06 Sentyabr 2025 | 16:28

İsrail ordusu Qəzzada binaya zərbə endirib

İsrail Müdafiə Ordusu (IDF) Qəzzada HƏMAS-ın kəşfiyyat məlumatlarının toplanması və əməliyyat fəaliyyəti məqsədilə istifadə etdiyi çoxmərtəbəli binaya zərbə endirdiyini bəyan edib.

Bakıvaxtı.az xəbər verir ki, yaraqlılar binada izləmə avadanlığı, müşahidə məntəqələri quraşdırıb, həmçinin İsrail qoşunlarına hücum etmək üçün yaxınlıqda partlayıcı qurğular yerləşdiriblər.

Ordudan bildiriblər ki, zərbədən əvvəl mülki əhali arasında itkini minimuma endirmək üçün tədbirlər görülüb: təxliyə həyata keçirilib, havadan müşahidə aparılıb və s.

Bu zərbə ordunun Qəzzada HƏMAS infrastrukturunun bir hissəsi adlandırdığı digər hündürmərtəbəli binanın məhv edilməsindən bir gün sonra endirilib.


SON XƏBƏRLƏR