• Bakı 16° C

    3.36 m/s

  • USD - 1.7

    EUR - 1.9019

    RUB - 2.0923

Millinin baş məşqçisi barədə tədbir görəcəyik - AFFA

İDMAN

06 Sentyabr 2025 | 01:06 | Müəllif: Subhan Mahmudov

Millinin baş məşqçisi barədə tədbir görəcəyik - AFFA

Azərbaycan millisinin baş məşqçisi istefa verməsə, bu barədə özümüz tədbir görəcəyik.

Bakıvaxtı.az Report-a istinadən xəbər verir ki, bunu AFFA-nın baş katibi Cahangir Fərəcullayev jurnalistlərə açıqlamasında deyib.

O, bu gün İslandiya yığmasına qarşı keçirilən DÇ-2026-nın seçmə mərhələsinin oyunu ilə bağlı danışıb:

"Bu nəticə millinin baş məşqçisi Fernandu Santuşun Azərbaycan xalqına qarşı olan hörmətsizliyidir. Belə məğlubiyyət yolverilməzdir. Biz bu məğlubiyyətin hesabatını gözləyirik. O, komandanı oyuna hazırlaya bilməyib".

Qeyd edək ki, İslandiya - Azərbaycan görüşü meydan sahiblərinin 5:0 hesablı qələbəsi ilə yekunlaşıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

01 Noyabr 2026