Avropa Komissiyası "Google"u 3,95 milyard avro cərimələyib.
Bakıvaxtı.az xəbər verir ki, Aİ-yə görə, Google öz rəqəmsal reklam xidmətlərini rəqiblər və onlayn nəşriyyatçılardan üstün tutur.
"Avropa Komissiyasının reklam texnologiyası xidmətlərimizlə bağlı qərarı səhvdir və biz apellyasiya şikayəti verəcəyik", -deyə şirkətin vitse-prezidenti Li-Enn Malholland bildirib.
Qeyd edək ki, Aİ Trampın hədələrindən sonra "Google"a cəriməni göndərib. Avqustun sonunda o, Amerika texnologiya şirkətlərinin fəaliyyətinə mane olan ölkələrə əlavə tariflər və ixrac məhdudiyyətləri tətbiq edə biləcəyini söyləmişdi.