Belçika Təhlükəsizlik Qüvvələri Brüsseldəki İsrail səfirliyi qarşısında şübhəli şəxsi həbs edib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə İsrail Xarici İşlər Nazirliyi rəsmi X səhifəsində məlumat yayıb.
“Belçika təhlükəsizlik qüvvələri İsrailin Brüsseldəki səfirliyi qarşısında bir şübhəli şəxsi həbs edib. Onun üzərindən “Molotov kokteyli” aşkar edilib. İsrail səfirliyinin bütün əməkdaşları yaxşıdır”, - nazirlik bildirib.
Belçika polisi hələlik həbsi təsdiqləməyib və şübhəlinin niyyəti barədə təfərrüatları açıqlamayıb.