Ermənistanın ikinci prezidenti Robert Köçəryanın oğlu Sedrak Köçəryan ölkənin Baş Prokurorluğuna qarşı iddia qaldıraraq, qurumu təqsirsizlik prezumpsiyasını pozmaqda ittiham edib.
Bakıvaxtı.az Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu onun vəkili Hayk Alumyan bildirib.
Koçaryan fakt pozuntusunun tanınmasını və dəymiş mənəvi ziyana görə prokurorluqdan 2 milyon dram (təxminən 5 min dollar) məbləğində kompensasiya tələb edir.
İddianın səbəbi Sedrak Köçəryan qarşı cinayət işinə nəzarət edən prokurorlardan birinin verdiyi müsahibə olub. İttihamın versiyasına görə, "LL Bimbo" ASC-nin təsisçisi olan Köçəryan ölkənin üçüncü prezidenti Serj Sarqsyana qadağan edilmiş sahibkarlıq fəaliyyətini həyata keçirməkdə və xüsusilə böyük məbləğdə rüşvət almaqda yardım edib.
Vəkil qeyd edib ki, prokuror İctimai Televiziyaya verdiyi müsahibədə ittihamları məhkəmənin qərarını gözləmədən təsbit edilmiş fakt kimi təqdim edib və məhz bu, təqsirsizlik prezumpsiyasının pozulmasıdır.
İddia iyunun 17-də Antikorrupsiya Məhkəməsi tərəfindən icraata qəbul edilib.