• Bakı 24° C

    4.04 m/s

  • USD - 1.7

    EUR - 1.9834

    RUB - 2.0901

Sidneydə köpəkbalığı imdançının hər iki ayağını qoparıb

CƏMİYYƏT

06 Sentyabr 2025 | 17:18

Sidneydə köpəkbalığı imdançının hər iki ayağını qoparıb

 Avstraliyanın Sidney şəhərinin sahillərində köpəkbalığı 57 yaşlı təcrübəli sörfinqlə məşğul olan Merkuri Psillakisə hücum edərək onun hər iki ayağını qoparıb. İdmançı suda ölüb, cəsədi digər idmançılar tərəfindən sahilə çıxarılıb.

Bakıvaxtı.az xəbər verir ki, hadisə sentyabrın 6-da saat 10 radələrində (Bakı vaxtı ilə saat 4 radələrində) baş verib.

Polisin məlumatına görə, Psillakis dostları ilə birlikdə Lonq-Rif çimərliyinin sahilindən təxminən 100 metr aralıda sörfinqlə məşğul olurmuş.

Anidən köpəkbalığı ona yaxınlaşıb, sörfinq taxtasını deşərək yarıya bölüb. Bundan sonra yırtıcı balıq idmançının hər iki ayağını qoparıb.

Psillakisin həyat yoldaşı və kiçik qızı qalıb. Polis hadisə yerində idmançının bədən hissələrinin axtarışını davam etdirir.


SON XƏBƏRLƏR