Gözəllik salonlarında baş yuma zamanı ortaya çıxan "salon sindromu" insan sağlamlığı üçün ölümcül nəticələrə səbəb ola bilər.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə "The New York Post" (NYP) məlumat yayıb.
Məlumata görə, bu sindrom adətən müştərinin başını lavaboya əyərək oturması nəticəsində yarana bilər.
Qeyd edilir ki, lavabonun kənarı tez-tez boyun fəqərələrinə və beyni qidalandıran qan damarlarına təzyiq göstərir.
Nəzərə çatdırılıb ki, bu vəziyyət damarların zədələnməsi və ya sıxılması ilə nəticələnə, beyin qan dövranının pozulmasına və insult riskinə səbəb ola bilər.
ABŞ sakini Elizabet Smitin sözlərinə görə, 2014-cü ildə gözəllik salonunda başını yudurduqdan sonra onun onurğa arteriyası zədələnib. Nəticədə qadının bir gözündə görmə pozğunluğu yaranıb və yeriməsi qeyri-sabit hala gəlib.
Mütəxəssislər bu cür halların qarşısını almaq üçün başın uzun müddət geriyə əyilmiş vəziyyətdə saxlanılmamasını tövsiyə edirlər.
Mina Mikayılova