• Bakı 15° C

    4.62 m/s

  • USD - 1.7

    EUR - 1.9534

    RUB - 2.0988

Sumqayıtda sürət qatarının relsləri oğurlandı, polis 4 nəfəri saxladı

CƏMİYYƏT

05 Noyabr 2025 | 16:08

Sumqayıtda sürət qatarının relsləri oğurlandı, polis 4 nəfəri saxladı

Sumqayıt şəhərində dəmir yolu stansiyası ərazisində oğurluq hadisəsi baş verib.

Bakıvaxtı.az xəbər verir ki, polisə stansiya ərazisindən istismardan çıxarılan relslərin oğurlanması barədə məlumat daxil olub. 

Polis əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri ilə əməli törətməkdə şübhəli bilinən 44 yaşlı A.Paşayev, əvvəllər məhkum olunmuşlar- 22 yaşlı X.Hüseynov, 23 yaşlı X.Ağayev və 26 yaşlı S.Elbruszadə saxlanılıblar.

Araşdırma aparılır./lent


SON XƏBƏRLƏR