• Bakı 12° C

    5.14 m/s

  • USD - 1.7

    EUR - 1.9811

    RUB - 2.2291

Azad edilmiş ərazilərdə 132 hektar yaşıllıq sahəsi salınıb - Nazir müavini

CƏMİYYƏT

05 Dekabr 2025 | 14:34

Azad edilmiş ərazilərdə 132 hektar yaşıllıq sahəsi salınıb - Nazir müavini

“Azərbaycan‒Türkiyə Beynəlxalq Meşəçilik Təlim Mərkəzi”nin və “Ağıllı Tinglik Təsərrüfatı”nın yaradılması ilə bağlı işlər davam etdirilir.

Bakıvaxtı.az xəbər verir ki, bunu Şuşa şəhərində keçirilən Ekoloji məsələlər üzrə İşçi qrupun iclasında ekologiya və təbii sərvətlər nazirinin müavini, İşçi qrupun rəhbəri Vüqar Kərimov deyib.

Vüqar Kərimov bildirib ki, bu xüsusda işğaldan azad edilmiş rayonların ərazi planlaşdırma sənədlərinə uyğun olaraq, yaşıllıq sahələrinin yaradılması məqsədilə ayrılmış Zəngilan, Cəbrayıl, Ağdam, Füzuli rayonlarının ərazisində ümumilikdə 132 hektar yeni yaşıllıq sahəsi salınıb. Eyni zamanda, meşə fondu ərazilərinin minalardan və partlamamış hərbi sursatlardan təmizlənməsi planları çərçivəsində Cəbrayıl, Zəngilan, Qubadlı, Füzuli və Laçın rayonları ərazisində ümumilikdə 408 hektar meşə fondu sahələrində əkin və səpin işləri icra olunub.

Həmçinin Ağdərə, Laçın, Zəngilan və Cəbrayıl rayonlarının ümumilikdə 240 hektar meşə fondu sahələrində meşəbərpa tədbirlərinə başlanılmış və hazırda meşə əkini və səpini işləri davam etdirilir.


SON XƏBƏRLƏR