• Bakı 12° C

    5.14 m/s

  • USD - 1.7

    EUR - 1.9811

    RUB - 2.2291

Mirziyoyev Şahbazovla enerji sahəsində birgə layihələri müzakirə edib

CƏMİYYƏT

05 Dekabr 2025 | 15:59

Mirziyoyev Şahbazovla enerji sahəsində birgə layihələri müzakirə edib

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev və Azərbaycan energetika naziri Pərviz Şahbazov Daşkənddə keçirilən görüşdə enerji sahəsində əməkdaşlığın genişləndirilməsi və yeni birgə layihələrin irəli sürülməsini müzakirə ediblər.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Özbəkistan prezidentinin mətbuat xidməti məlumat yayıb.

Tərəflər Özbəkistan-Azərbaycan strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin daha da genişləndirilməsi və dərinləşdirilməsi məsələlərini nəzərdən keçiriblər.

"Bütün səviyyələrdə fəal əlaqələr, ticarət dövriyyəsinin davamlı artımı, eləcə də energetika sahəsi də daxil olmaqla uğurlu əməkdaşlıq məmnunluqla qeyd edilib. Neft-qaz, geologiya-kəşfiyyat, "yaşıl" enerji və kimya sənayesinin inkişafı sahəsində birgə layihələrin irəli sürülməsinin vacibliyi vurğulanıb", - məlumatda qeyd olunub.


SON XƏBƏRLƏR