• Bakı C

    7.19 m/s

  • USD - 1.7

    EUR - 1.9924

    RUB - 2.1118

Misir Mərdanov yenidən nazir olmaq istəyir? - AÇIQLAMA

CƏMİYYƏT

05 Noyabr 2025 | 15:44

Misir Mərdanov yenidən nazir olmaq istəyir? - AÇIQLAMA

Mətbuatda sabiq təhsil naziri, hazırda Elm və Təhsil Nazirliyinin Riyaziyyat və Mexanika İnstitutuna rəhbərlik edən professor Misir Mərdanovla bağlı iddialar yayılıb.

İddialara görə, guya o, elm və təhsil naziri Emin Əmrullayevin tezliklə vəzifəsi ilə vidalaşacağına inanır və professor nazir postuna özünü ən real namizəd sayır.

Bakıvaxtı.az bildirir ki, Modern.az iddialara aydınlıq gətirmək üçün Misir Mərdanovla əlaqə saxlayıb.

O, nazir postuna qayıtmaq arzusunda olmadığını deyib:

"Mənim belə arzu və istəyim ola bilməz. Mən hazırda öz işimin başındayam, Riyaziyyat və Mexanika İnstitutunun baş direktoru olaraq çalışıram. Bu iddialar camaatın başını qatmaq məqsədi daşıyır".

Qeyd edək ki, Misir Mərdanov 1998-ci ildən 2013-cü ilə qədər təhsil naziri postunda olub.


SON XƏBƏRLƏR

22 Dekabr 2025