Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun ləğv olunacağı iddia edilir. Bu iddianı jurnalist Heydər Oğuz səsləndirib.
Bakıvaxtı.az bildirir ki, “Yeni Sabah” məsələ ilə bağlı Sədərək Rayon İcra Hakimiyyətinə sorğu verib.
Qurumun İnformasiyanın təminatı və təhlili sektorunun müdiri Oruc Hüseynzadə bildirib ki, sözügedən iddialar həqiqəti əks etdirmir: pizza mizza
“Bu barədə bizə heç bir məlumat verilməyib. Ümumiyyətlə belə bir addımın atılması gözlənilmir. Heydər Oğuzun sözü ilə o boyda rayon ləğv edilmir ki”.
Qeyd edək ki, Sədərək rayonu 1990-cı ildə yaradılıb.
Bakı 



