• Bakı 20° C

    3.36 m/s

Şəhid atası vəfat etdi - FOTO

CƏMİYYƏT

05 Noyabr 2025 | 16:10

Şəhid atası vəfat etdi - FOTO

Lənkərandan olan şəhid polkovnik-leytenant Mehman Şirvanovun atası vəfat edib. 

Bakıvaxtı.az modern.az-a istinadla xəbər verir ki, 44 günlük Vətən müharibəsinin ilk şəhidlərindən olan lənkəranlı şəhid polkovnik-leytenant Mehman Şirvanovun atası Mirəziz Səməd oğlu Şirvanov rəhmətə gedib. Mirəziz Şirvanov bir müddət əvvəl Lənkəran Rayon Mərkəzi Xəstəxanasında ürək əməliyyatı keçirib. Əməliyyatdan bir neçə gün sonra o insult keçirib. Müalicəsinin davamı üçün Bakı şəhərinə xəstəxanaların birinə təxliyə olunub. O, bu gün müalicə aldığı xəstəxanada vəfat edib.

Qeyd edək ki, şəhid polkovnik-leytenant  Mehman Şirvanov sentyabrın 27-də Murovdağ döyüşləri zamanı şəhid olub. Lənkəran rayonunun Ürgə kəndində dəfn olunub.


Şəhid atası vəfat etdi - FOTO
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Oktyabr 2026