• Bakı 15° C

    4.62 m/s

  • USD - 1.7

    EUR - 1.9534

    RUB - 2.0988

Ölümündən sonra orqanlarını bağışlamaq istəyənlər artır

CƏMİYYƏT

05 Noyabr 2025 | 15:27

Ölümündən sonra orqanlarını bağışlamaq istəyənlər artır

"Azərbaycanda donor olmaq istəyənlərin sayı artır".

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin İdarə Heyətinin sədri Yeganə Abbasova nazirliyin rəsmi “Instagram” səhifəsində keçirilən canlı yayım zamanı məlumat verib.

Onun sözlərinə görə, donor olmaq istəyənlərin sayında artım xüsusilə ölkəmizdə ilk meyit donordan orqan köçürülməsi əməliyyatından sonra müşahidə olunur.

“İnsanlar artıq anlayırlar ki, bu, xeyirxah və insan həyatını xilas edən bir addımdır. Orqanların paylanması tam şəffaf şəkildə - elektron sistem vasitəsilə həyata keçirilir. Burada insan faktoru iştirak etmir. Donorun qan qrupuna uyğun xəstələr sistem tərəfindən avtomatik müəyyən olunur və müvafiq həkimlərlə əlaqə yaradılır,” – deyə Yeganə Abbasova vurğulayıb.

Əli Hüseynov


SON XƏBƏRLƏR