• Bakı 20° C

    7.78 m/s

  • USD - 1.7

    EUR - 1.9921

    RUB - 2.0614

Azad edilmiş ərazilərdə daha 156 mina aşkarlanıb

CƏMİYYƏT

06 Oktyabr 2025 | 12:58

Azad edilmiş ərazilərdə daha 156 mina aşkarlanıb

İşğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən icra olunan əməliyyatlar barədə həftəlik (29.09.2025-05.10.2025) məlumat açıqlanıb.

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) Bakıvaxtı.az-a verilən məlumata görə, Tərtər, Ağdam, Ağdərə, Laçın, Füzuli, Şuşa, Xocalı, Xankəndi, Kəlbəcər, Xocavənd, Cəbrayıl, Qubadlı və Zəngilanda, o cümlədən Qazax rayonunun işğaldan azad edilmiş Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı, Qızılhacılı kəndlərində 82 piyada əleyhinə mina, 74 tank əleyhinə mina, 517 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

    Bildirilib ki, 1 432,8 hektar ərazi mina və PHS-lərdən təmizlənib.


    SON XƏBƏRLƏR

    05 Oktyabr 2025