• Bakı 15° C

    5.9 m/s

  • USD - 1.7

    EUR - 1.9566

    RUB - 2.0988

15 min abonentin qaz təchizatı dayandırılacaq

CƏMİYYƏT

05 Noyabr 2025 | 12:22

15 min abonentin qaz təchizatı dayandırılacaq

Sabah Sumqayıt şəhərində 15 min abonentin qaz təchizatı dayandırılacaq.

Bakıvaxtı.az bildirir ki, bu barədə "Azəriqaz" İB Sumqayıt QİS-dən bildirilib.

Qeyd olunub ki, Sumqayıt şəhər Saray körpüsü ərazisindəki yolda aparılan təmir və yenidənqurma işləri ilə əlaqədar tikinti sahəsinə düşən və kənara köçürülmüş qaz xətlərinin mövcud şəbəkəyə qoşulması planlaşdırılır.

Bu məqsədlə noyabrın 6-da saat 08:00-dan etibarən işlər tamamlanana qədər Sumqayıt şəhərinin 16-cı, 17-ci, 20-ci və 21-ci mikrorayonlarında, həmçinin Corat qəsəbəsi, Corat bağları, 51 və 52-ci məhəllələr, Qurd dərəsi–Saray bağları ərazilərindəki 15 min abonentin qaz təchizatında müvəqqəti fasilə olacaq.

Qaz təchizatı işlər başa çatdıqdan dərhal sonra bərpa ediləcək.


SON XƏBƏRLƏR

04 Noyabr 2025