• Bakı 12° C

    4.39 m/s

  • USD - 1.7

    EUR - 1.9817

    RUB - 2.2074

Vəfat edən dövlət qulluqçularının vərəsələrinə müavinət ödəniləcək

CƏMİYYƏT

05 Dekabr 2025 | 12:18

Vəfat edən dövlət qulluqçularının vərəsələrinə müavinət ödəniləcək

Vəfat edən dövlət qulluqçularının vərəsələrinə müavinət ödəniləcək.

Bakıvaxtı.az xəbər verir ki, bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və Mədəniyyət komitələrinin bu gün birgə keçirilən iclasında müzakirəyə çıxarılan “Dövlət qulluğu haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Qanuna əsasən, dövlət qulluqçusu vəfat etdikdə, habelə məhkəmə tərəfindən xəbərsiz itkin düşmüş hesab edildikdə və ya ölmüş elan edildikdə dövlət qulluğuna xitam verilə bilər. Bu əsasla dövlət qulluğuna xitam verildikdə dövlət qulluqçusunun vərəsələrinə orta aylıq dövlət məvacibinin dörd misli miqdarında müavinət ödəniləcək.


SON XƏBƏRLƏR

04 Dekabr 2025