• Bakı 11° C

    3.38 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Kislitsa Ukrayna PA rəhbərinin birinci müavini təyin olunub

CƏMİYYƏT

03 Yanvar 2026 | 21:53 | Müəllif: Əli Hüseynov

Kislitsa Ukrayna PA rəhbərinin birinci müavini təyin olunub

Ukrayna xarici işlər nazirinin müavini Sergey Kislitsa Prezident Administrasiyası rəhbərinin birinci müavini təyin olunub. 

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski öz “Telegram” kanalında məlumat verib. 

    "Biz diplomatik işimizin təfərrüatlarını və Prezident Aparatında bu sahəni gücləndirmək imkanlarını, xüsusən də tərəfdaşlarla ən yüksək səviyyədə ünsiyyətin təmin edilməsini, ikitərəfli işin inkişaf etdirilməsini və Xarici İşlər Nazirliyi sistemi ilə sinxronizasiyanı müzakirə etdik. Sergey Prezident Aparatı rəhbərinin birinci müavini təyin olunacaq", - Zelenski bildirib. 

    Zelenskinin sözlərinə görə, Kislitsa danışıqlar prosesi üzərində də işləməyə davam edəcək.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    26 Noyabr 2026