Hərbi prokurorun müavini vəzifəsinə təyinat olub.
Bakıvaxtı.az APA-ya istinadla xəbər verir ki, bu barədə Baş prokuror Kamran Əliyev müvafiq əmr imzalayıb. Əmrə əsasən, ədliyyə polkovniki Elmir Süleymanlı hərbi prokurorun müavini vəzifəsində təyin olunub.
Qeyd edək ki, Hərbi prokurorun müavini Şəfahət İmranov Abşeron rayon prokuroru vəzifəsinə təyin edilib.
***
2026/02/02 14:47
Respublika hərbi prokurorunun müavini - ədliyyə general-mayoru Şəfahət İmranov vəzifəsindən azad edilib.
Bakıvaxtı.az-ın Qafqazinfo-ya istinadən məlumatına görə, bu barədə baş prokuror Kamran Əliyev Əmr imzalayıb.
17 ildir respublika hərbi prokurorunun müavini işləyən Ş.İmranov Abşeron rayonunun prokuroru təyin olunub.
Qeyd edək ki, baş prokuror Kamran Əliyev bundan əvvəl Tərtərin mülki və hərbi prokurorlarını da dəyişib.
Bakı 





