• Bakı C

    9.32 m/s

  • USD - 1.7

    EUR - 1.9706

    RUB - 2.192

Uşaqlar nə üçün "fast food"- u SEÇİR?

CƏMİYYƏT

04 Mart 2026 | 15:24

Uşaqlar nə üçün fast food- u SEÇİR?

Uşaqların yemək seçimləri yalnız qida tərkibindən deyil, həm də mühitdən və təqdimat şəraitindən təsirlənir.

Bakıvaxtı.az xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, uşaq endokrinoloqu Azad Əkbərzadə qurumun “Instagram” hesabında keçirilən canlı yayım zamanı deyib.

Onun sözlərinə görə, uşaqlar əyləncə məkanlarında fast food və dadı artırılmış, şəkər və duz əlavə olunmuş yeməkləri seçirlər:

“Bu yeməklər gözəl qabda təqdim olunur, televiziyada və sosial mediada onların sevimli qəhrəmanları reklam edir. Uşaqlar üçün bu, maraqlı və cazibədar olur. Əksinə, evdə monoton yeməklər və ya ekrandan istifadə edilərək sürətlə yedirdilən qidalar uşağın marağını azaldır”, - deyə mütəxəssis bildirib.

Azad Əkbərzadə vurğulayıb ki, valideynlər uşağın yemək seçimini düzgün istiqamətləndirməli və dadlandırılmış, şəkərli qidaları mükafat kimi təqdim etməməlidirlər:

“Uşağın təbii marağını nəzərə alaraq qidaları təqdim etmək vacibdir, amma bu, onların sağlam seçim etməsinə mane olmamalıdır”.

Zeynəb Rzayeva


SON XƏBƏRLƏR