• Bakı C

    9.32 m/s

  • USD - 1.7

    EUR - 1.9706

    RUB - 2.192

Uşaqlarda piylənmə varsa... -Həkim HƏYƏCAN TƏBİLİ ÇALDI

CƏMİYYƏT

04 Mart 2026 | 15:19

Uşaqlarda piylənmə varsa... -Həkim HƏYƏCAN TƏBİLİ ÇALDI

Uşaqlarda piylənmə yalnız artıq çəki deyil, gələcək sağlamlıq üçün ciddi risklər yaradır.

Bakıvaxtı.az xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, uşaq endokrinoloqu Azad Əkbərzadə qurumun “Instagram” hesabında keçirilən canlı yayım zamanı deyib.

Onun sözlərinə görə, piylənmə nəticəsində uşaqlarda insülin müqaviməti inkişaf edə bilər ki, bu da ikinci tip şəkərli diabetin ilk mərhələsi hesab olunur:

“Metabolik sindrom, lipid və xolesterol mübadiləsinin pozulması nəticəsində gələcəkdə erkən yaşda ürək-damar xəstəlikləri və yüksək təzyiq riski yaranır. Həmçinin qaraciyərin piylənməsi və non-alkoholik qaraciyər xəstəliyi inkişaf edə bilər”, - deyə mütəxəssis bildirib.

Azad Əkbərzadə əlavə edib ki, piylənməli uşaqlarda tənəffüs problemləri, gecə nəfəs məhdudiyyətləri, astma və allergik xəstəliklər daha çox müşahidə olunur.

“Bundan əlavə, erkən cinsi inkişaf, polikistik yumurtalıq sindromu, böyümə ilə əlaqədar problemlər və psixiatrik vəziyyətlər, məsələn, depressiya və anksiyete, həmyaşıdları arasında qorxu halları da bu uşaqlarda daha çox rast gəlinir”, - uşaq endokrinoloqu bildirib.

Mütəxəssis vurğulayıb ki, bütün bu risklər piylənmənin vaxtında müəyyənləşdirilməsi və düzgün həyat tərzi ilə qarşısının alınması ilə azaldıla bilər.

Zeynəb Rzayeva


SON XƏBƏRLƏR