• Bakı C

    9.32 m/s

  • USD - 1.7

    EUR - 1.9706

    RUB - 2.192

Uşaqların qidalanmasında doğru bildiyimiz yanlışlar

CƏMİYYƏT

04 Mart 2026 | 15:40

Uşaqların qidalanmasında doğru bildiyimiz yanlışlar

Uşaqlarda düzgün qidalanma formalaşması evdən başlayır və valideynlərin səhv vərdişləri uzunmüddətli problemlərə yol açır.

Bakıvaxtı.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, uşaq endokrinoloqu Azad Əkbərzadə qurumun “Instagram” hesabında keçirilən canlı yayım zamanı deyib.

O qeyd edib ki, valideynlər uşaqlara şirin və dadlı qidaları məcburi şəkildə yedirməyə çalışaraq onların dad və seçicilik qabiliyyətini poza bilirlər:

“Məsələn, 6 aydan sonra əlavə qidalanmaya başlanmalıdır, amma uşaqlar müxtəlif dadlarla tanış edilmirsə, seçici davranış yaranır. Blenderlə verilən qidalar da çeynəmə qabiliyyətini gecikdirir. Həmçinin, uşaq yeməyini televizor və ya telefon qarşısında yeyirsə, diqqəti yayılır və qidanın dadını anlamır”.

Azad Əkbərzadə həmçinin evdə qidalanmanın stabil olmamasının və məktəb yeməkləri ilə bağlı yanlış yanaşmaların da problemləri artırdığını vurğulayıb:

“Valideynlər ev yeməyini məktəbə göndərməyəndə paketli qidalara yönəlirlər. Bu, uşaqlarda yanlış qidalanma vərdişlərinin formalaşmasına səbəb olur. Cəmiyyət və ailə tərəfindən yaranan bu səhvlər erkən düzəldilməlidir”, - deyə o əlavə edib.

Zeynəb Rzayeva


SON XƏBƏRLƏR