• Bakı 12° C

    4.39 m/s

  • USD - 1.7

    EUR - 1.9817

    RUB - 2.2074

Dəfinələrdə tapılan abidələri təhvil verilməyənlərə CƏZA

CƏMİYYƏT

05 Dekabr 2025 | 11:45

Dəfinələrdə tapılan abidələri təhvil verilməyənlərə CƏZA

Dəfinələrdə aşkar edilən və ya tapılan abidələrin dövlətə təhvil verilməməsinə görə İnzibati Xətalar Məcəlləsinə əlavə edilir.

Bakıvaxtı.az xəbər verir ki, bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və Mədəniyyət komitələrinin birgə keçirilən iclasında müzakirəyə çıxarılan "Tarix və mədəniyyət abidələrinin qorunması haqqında" qanuna təklif edilən dəyişiklikdə yer alıb.

Məcəlləyə təklif olunan əlavəyə əsasən, inşaat və digər təsərrüfat işləri görülərkən tarix və ya mədəniyyət abidəsi aşkar edildikdə dərhal işləri dayandırmalıdır.

Dəyişiklik layihəsində göstərilib ki, bu barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) məlumat verilməlidir.

Məlumat verimədikdə, habelə dəfinələrdə aşkar edilmiş və ya tapılmış abidələrin dövlətə təhvil verilməməsinə görə - fiziki şəxslər 200 manat məbləğində, vəzifəli şəxslər 400 manat məbləğində, hüquqi şəxslər 3 min manat məbləğində cərimə ediləcək.


SON XƏBƏRLƏR

04 Dekabr 2025