• Bakı 25° C

    4.14 m/s

  • USD - 1.7

    EUR - 1.9834

    RUB - 2.0901

Qızılın qiyməti tarixi rekordunu yenilədi

İQTİSADİYYAT

06 Sentyabr 2025 | 11:42

Qızılın qiyməti tarixi rekordunu yenilədi

Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin qiyməti yenidən tarixi maksimumu yeniləyib.

Bakıvaxtı.az birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə dekabr fyuçerslərinin qiyməti 1,29% artaraq 3 653,3 ABŞ dollarına bərabər olub.

    COMEX-də gümüşün bir unsiyası üzrə dekabr fyuçerslərinin qiyməti də 0,33% artaraq 41,55 ABŞ dolları olub.

    Analitiklər qeyd edirlər ki, qızılın kəskin bahalaşması əsasən ABŞ-da zəif məşğulluq göstəriciləri fonunda FED-in faiz endirimi gözləntilərinin artması, dolların zəifləməsi və mərkəzi bankların qızıla tələbinin yüksəlməsi ilə bağlıdır. Bununla yanaşı, qlobal iqtisadi və siyasi qeyri-sabitliklər investorların təhlükəsiz liman kimi qızıla üz tutmasına səbəb olur.


    SON XƏBƏRLƏR

    05 Sentyabr 2025