• Bakı 25° C

    4.22 m/s

  • USD - 1.7

    EUR - 1.9834

    RUB - 2.0901

Eynşteynin skripkası hərracda satılacaq

DÜNYA

06 Sentyabr 2025 | 13:17

Eynşteynin skripkası hərracda satılacaq

Nobel mükafatı laureatı fizik Albert Eynşteynin ilk skripkası Böyük Britaniyada hərraca çıxarılacaq.

Bakıvaxtı.az bu barədə xarici mətbuata istinadla xəbər verir. 

Məlumata görə, bu, Eynşteynin İkinci Dünya Müharibəsi zamanı gizlətdiyi ilk və sevimli skripkasıdır. \

Qeyd olunur ki, skripka 300 min funt-sterlinqə satışa çıxarılacaq.

Üzərində “Lina” həkk olunmuş sözügedən skripka alim tərəfindən nisbilik nəzəriyyəsini inkişaf etdirərkən yeniyetmə, daha sonra isə yetkinlik dövründə ifa edilib. Eynşteyn daha sonra nasistlərin təqibindən qurtulmaq üçün Almanyadan Amerikaya qaçmağı planlaşdırarkən və aləti yoldaşına verib.

Həmçinin bildirilib ki, alimin velosiped yəhəri də hərraca çıxarılacaq.

Bundan başqa fizikin iki qələm imzası olan fəlsəfəyə aid “Dekart və Spinoza” kitabının satılacağı gözlənilir.

Mina Mikayılova


SON XƏBƏRLƏR

05 Sentyabr 2025