• Bakı 24° C

    4.04 m/s

  • USD - 1.7

    EUR - 1.9834

    RUB - 2.0901

Bakıda evlərə girməyə çalışan qadın tutuldu - VİDEO

CƏMİYYƏT

06 Sentyabr 2025 | 16:56

Bakıda evlərə girməyə çalışan qadın tutuldu - VİDEO

Bakının Nərimanov rayonu, Azadlıq prospektində yerləşən binaların birində naməlum qadın bloklara daxil olaraq evlərə girməyə çalışıb.

Bakıvaxtı.az xəbər verir ki, qapılardan birinin açıq olduğunu görən qadın mənzilə daxil olub.

Həmin görüntüləri isə sosial şəbəkədə sakinlər paylaşıblar.

DİN Mətbuat xidmətinin əməkdaşı Cəsarət Qənbərli bildirib ki, Nərimanov rayonu, Azadlıq prospektində yerləşən binada bloklara daxil olaraq mənzillərə girməyə cəhd göstərən naməlum qadının şəxsiyyəti müəyyən olunub. 1992-ci il təvəllüdlü, tufeyli həyat tərzi keçirən Səidə Kişiyeva polis əməkdaşları tərəfindən saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Araşdırmalar aparılır.

 


SON XƏBƏRLƏR