• Bakı 14° C

    1.67 m/s

  • USD - 1.7

    EUR - 1.8907

    RUB - 2.1118

Əfsanəvi italyan dizayner Armani ilə vida mərasimi keçirilir

DÜNYA

06 Sentyabr 2025 | 15:16 | Müəllif: Gülşən Şərif

Əfsanəvi italyan dizayner Armani ilə vida mərasimi keçirilir

 Minlərlə insan cümə axşamı 91 yaşında vəfat edən əfsanəvi italyan modelyer Corcio Armani ilə vidalaşmağa gəlib.

Bakıvaxtı.az xəbər verir ki, vida mərasimi Milandakı Armani Teatrında - 2001-ci ildə şirkətin mənzil qərargahına çevrilmiş keçmiş "Nestlé" şokolad fabrikində keçirilir və iki gün davam edəcək.

Dəfn mərasimi bazar ertəsi ailə üzvlərinin iştirakı ilə keçiriləcək.

Milyardlarla dollarlıq moda imperiyasına rəhbərlik edən Armani bir neçə ay bundan əvvəl sağlamlığında yaranmış problemlər səbəbindən vəfat edib. "Forbes"in hesablamalarına görə, dizaynerin sərvəti təxminən 11,8 milyard dollar təşkil edir. Armaninin övladı olmadığı üçün onun imperiyasının gələcəyi ilə bağlı məsələ açıq qalır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR