Sentyabrın 4-ü saat 17 radələrində Xırdalan şəhər sakini, 1974-cü il təvəllüdlü Eldəniz Zülfi oğlu Rəhimov qızdırma səbəbindən rayon mərkəzi xəstəxanasına yerləşdirilib.
Bakıvaxtı.az xəbər verir ki, sentyabrın 5-i saat 01 radələrində ona həkim tərəfindən təyin olunmuş iynə vurulub.
Lakin E.Rəhimovun qızdırması düşməyib və o koma vəziyyətinə girərək vəfat edib.
Faktla bağlı Abşeron rayon prokurorluğu tərəfindən araşdırma aparılır.