Ölkəmizin mümkün təhlükəsizlik zəmanətləri çərçivəsində əsgərlərimizi Ukrayna ərazisinə göndərmək niyyətində deyilik.
Bakıvaxtı.az xəbər verir ki, bunu Slovakiyanın Baş naziri Robert Fitso deyib.
O bildirib ki, belə zəmanətlər münaqişənin hər iki tərəfinə verilməlidir.
R.Fitso vurğulayıb ki, Ukrayna üçün təhlükəsizlik zəmanətləri ilə bağlı razılaşmaların əldə olunacağı təqdirdə respublika ehtiyacı olan ölkələrin onun nəqliyyat infrastrukturundan istifadə etməsinə icazə verəcək.