Türk Hava Yolları təxminən iki illik fasilədən sonra Ben Qurion hava limanına qayıdaraq İsrailə uçuşları bərpa edə bilər.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Channel 12” mənbələrə istinadla məlumat yayıb.
Məlumata görə, uçuşların bərpası ehtimalı Ankaranın münaqişənin həllinə yönəlmiş diplomatik səyləri fonunda nəzərdən keçirilir:
“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsrail marşrutuna qayıtmaq perspektivlərini qiymətləndirmək təklifi ilə aviaşirkətin rəhbərliyinə şəxsən müraciət edib”./axar.az